Ağ Ev hərbi-sənaye kompleksi ilə Ukraynaya yardımı müzakirə edir — ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Ağ Evin Milli Təhlükəsizlik Şurasının üzvləri ABŞ hərbi-sənaye kompleksinin nümayəndələri ilə Ukraynaya yardımın göstərilməsi perspektivlərini müzakirə ediblər.
Olaylar.az xəbər verir ki, bazar ertəsi Ağ Evdə keçirilən görüşün məqsədi Ukraynanın ABŞ-ın ən müasir avadanlıqlarına çıxışını dəstəkləməkdə Bayden administrasiyasının marağını gücləndirmək olub. Görüşdə Ağ Evin Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Ceyk Sallivan iştirak edib
"Reuters"in məlumatına görə, Sullivan Ukraynanın döyüş meydanında onların tərəqqisini və sürətini əngəlləmək kimi müəyyən etdikləri bu əsas texnoloji çətinliklərin öhdəsindən gəlmək zərurətini izah edib. 

"Söhbət bir sıra sistemlər, o cümlədən pilotsuz uçuş sistemləri, daxil olan pilotsuz uçuş sistemlərinə qarşı necə mübarizə aparmaq, daha sonra minalardan təmizləmə probleminin həlli ilə bağlı olub", - deyə mənbələrdən biri bildirib. 

Xəbər agentliyi onu da bildirib ki, Ağ Ev rəsmiləri ABŞ Konqresi administrasiyanın əlavə maliyyələşdirmə tələbini təsdiqləməsə, Ukraynaya yardımın artırılması təşəbbüslərinin həyata keçirilməyəcəyini açıqlayıblar.
Vaşinqton administrasiyası keçən ilin oktyabrında ABŞ-da oktyabrın 1-də başlayan 2024-cü maliyyə ili üçün ilk növbədə İsrail və Ukraynaya yardım göstərmək, həmçinin Asiya-Sakit Okean regionunda Çin və Rusiyaya qarşı mübarizə məqsədilə əlavə vəsait ayrılması üçün Konqresə sorğu göndərib.
Müraciətin və alternativ qanun layihələrinin taleyi qeyri-müəyyən olaraq qalır. Bu yaxınlarda Nümayəndələr Palatasında və Senatda bir sıra respublikaçılar Kiyevə davamlı maliyyə dəstəyinin əleyhinə çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31