Aİ Qırmızı dənizdəki öz hərbi missiyası ilə bağlı danışıqlara başlayır - ÖZƏL
9 Yanvar 2024 15:38 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Aİ-nin xarici siyasət sözçüsü Peter Stano brifinqdə bildirib ki, Avropa İttifaqı Qırmızı dənizdə öz hərbi missiyasını işə salmaq üçün bu həftə müzakirələrə başlayacaq.
"Ali nümayəndə, həqiqətən də Qırmızı dənizdə Aİ-nin xüsusi hərbi missiyasının yaradılmasını təklif etmək niyyətində olduğunu söylədi" - o, deyib və Aİ ölkələrinin bu həftənin sonunda bu missiyanı müzakirə etməyə başlayacağını söyləyib.
O, belə bir missiyanın başlanmasının Aİ Şurasında yekdil qərarı tələb edəcəyini izah edib. Stano-nun sözlərinə görə, Aİ ölkələrinin əksəriyyəti ABŞ-ın Qırmızı dənizdə keçirdiyi əməliyyatda iştirakdan imtina etsə də, bu ölkə ilə sıx koordinasiyada hərəkət edəcək.
Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra yəmənli üsyançılar (husilər) İsrail ərazisinə hücum edəcəklərini və ona bağlı heç bir gəminin Qırmızı dəniz və Bab-əl-Dəniz sularından keçməsinə icazə verməyəcəklərini bəyan ediblər.
Hərəkatın hərəkətlərinə cavab olaraq ABŞ rəsmiləri Qırmızı dənizdə üzmə azadlığını və gəmilərin mühafizəsini təmin etmək üçün beynəlxalq koalisiyanın yaradıldığını və "Prosperity Guardian" əməliyyatının hazırlandığını bəyan ediblər. Əməliyyata Bəhreyn, Kanada, Danimarka, Fransa, İtaliya, Hollandiya, Norveç, Seyşel adaları, İspaniya və Böyük Britaniya daxil olacaq.