Dünyadakı təlatümlərə ABŞ seçkiləri təsir edə biləcəkmi? - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Müstəqillik əldə olunan zaman ABŞ-da ümumi əhalinin sayı 2,5 milyon nəfər olub. Hazırda bu ölkənin əhalisi təxminən 335 milyonu keçib. Ola bilər​ bu rəqəmlərdə bir balaca aşağı yuxarı olsun. Bu nəhəng ölkənin hazırki və 46-ci prezidenti​ Co Baydendir. 82 yaşlı Baydendə vaxtaşırı yaddaşsızlıq (amneziya) problemi ilə üzləşir. 2024-cü il seçkilərində yenidən president seçilib Amerikaya daha​ bir müddət rəhbərlik etmək istəyir". Olaylar xəbər verir ki, bunu deyən Sosial Rifah və Tədqiqatlar İçtimai Birliyinim sədri Əkrəm Bəydəmirlinin sözlərinə görə, bu amerikalıların öz seçimidir" Məni düşündürən başqa məqamdır. Bu yaşda, həmçinin yaddaşında bu qədər problemlər olan bir nəfərə dünyanı necə etibar etmək olar. Barıt çəlləyinə dönmüş bu dünyada sabitliyi görün kimlər təmin edəcək.​ Çox qəribə toplum olan amerikalılar o boyda əhali arasından​ nisbətən bir cavan namizəd tapa bilmirlər. Co Baydenin rəqibi Respublikaçıların​ namizədi Tramp da nə qədər özünü cavan, saz hiss etsə də yaşlanıb. İnsan bioloji varlıqdır. Yaşlanmış, yaddaş problemi olan insanlar belə ağır yükün altına necə girirlər? Gedib ahıl çağlarında memuarlar, xatirələr yazmaq, öz nəvələri ilə məşğul olmaq əvəzinə​ dünyanı idarə etmək iddiasındadırlar,​ Trampda bir qəribə xüsusiyyət hiss olunur. O, ətraf aləmə, gördüklərinə biznes obyekti kimi baxır. Axı o özü də yaxşı biznesmen olub.
Nəisə,​ ABŞ-a kimin prezident seçilməsindən asılı olmayaraq, biz hədəflərimizi düzgün müəyyən etməliyik. Bu strateji​ hədəflərdə heç bir boşluq qalmamalıdır.
Yekunda onu da qeyd edim ki, bu il​ beynəlxalq aləmdə gedən proseslərin gərginləşməsinə, yeni münaqişə ocaqlarının yaranmasına, hərbi toqquşmaların sürətlənməsinə və digər narahatlıq törədən məqamlara şahidlik etməyə başlamışıq. ABŞ-da keçiriləcək​ prezident seçkilərinin dünyadakı təlatümlərə müsbət və yaxud mənfi təsir edəcəyini zaman göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31