ABŞ İsrailin Qəzza əməliyyatının yaxın həftələrdə bitəcəyini gözləyir - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"ABŞ Fələstin-İsrail münaqişəsi zonasında döyüşlərin bir neçə həftəyə bitəcəyini gözləyir".

Olaylar.az xəbər verir ki, bunu amerikalı rəsmi bildirib.
Rəsminin sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfəri zamanı İsrail hakimiyyətinə quru əməliyyatını tez bir zamanda dayandırmağın vacibliyini təlqin edəcək. Bundan əlavə, ABŞ-ın yüksək səviyyəli diplomatı mülki itkilərin sayını azaltmaq üçün hədəflərin seçilməsində daha çox dəqiqlik tələb edəcək.
Yanvarın 4-də Blinken İsrail, Türkiyə, eləcə də bir sıra ərəb dövlətlərinə səfərləri əhatə edən Yaxın Şərq turnesinə çıxıb. 2023-cü ilin dekabrında Axios xəbər agentliyi mənbələrə istinadən xəbər verib ki, ABŞ-ın baş diplomatı Yaxın Şərq münaqişəsinin həllini İordan çayının qərb sahilində, eləcə də İsrail, İordaniya, Qətər, Birləşmiş Ştatların rəsmiləri ilə müzakirə etmək niyyətindədir.
Oktyabrın 7-də Qəzza zolağında yerləşən radikal Fələstin HƏMAS hərəkatının yaraqlılarının Qəzzadan İsrail ərazisinə qəfil hücum təşkil etməsi, İsrailin sərhəd qəsəbələrinin sakinlərini öldürməsi və qadın, uşaq və 240-dan çox insanı girov götürməsi Yaxın Şərqdə yenidən gərginlik yaradıb. HƏMAS hücumunu İsrail hakimiyyətinin Qüdsün Köhnə Şəhərində Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı təcavüzkar hərəkətlərinə cavab kimi qiymətləndirib. Buna cavab olaraq İsrail 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağının tam blokadaya alındığını elan edib və Qəzzaya, eləcə də Livan və Suriyanın bəzi hissələrinə hava zərbələri endirir. İordan çayının qərb sahilində də qarşıdurmalar davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31