Hizbullahın ali komandiri İsrailin hücumunda öldürüldü: Onun şəxsiyyəti məlum oldu! - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Olaylar.az xəbər verir ki, İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hücumda Hizbullahın yüksək rütbəli komandirinin öldürüldüyü bildirilib.

İsrail Livanda Hizbullahı hədəfə almaqda davam edir. Livan təhlükəsizlik mənbələrindən verilən açıqlamaya görə, İsrail ölkənin cənubundakı Məcdəl Selm kəndində Hizbullahın yüksək səviyyəli komandirlərindən Vissam əl-Tavilin olduğu avtomobilə pilotsuz təyyarə ilə hücum edib. Hücum nəticəsində ət-Tavil və bir Hizbullah üzvünün həyatını itirdiyi bildirilib. Təhlükəsizlik rəsmisi verdiyi açıqlamada öldürülən komandirin Hizbullahın cənubdakı əməliyyatlarının idarə edilməsində mühüm bir ad olduğunu bildirib.

İsrail oktyabrın 7-də Qəzza zolağına hücumlara başladıqdan sonra Livanın cənubuna çoxsaylı hava zərbələri endirib. İsrailin Livandakı hücumları nəticəsində indiyədək ən azı 130 Hizbullah üzvü həyatını itirib.

Digər tərəfdən, HƏMAS Siyasi Bürosunun sədr müavini Salih Əl Aruri və 6 Həmas üzvü yanvarın 2-də Livanın paytaxtı Beyrutda həyata keçirilən hava hücumunda həlak olub. Hizbullah cavab olaraq İsrail ordusuna aid hərbi bazanın 62 raketlə hədəf alındığını açıqlayıb.

Hizbullahın baş katibi Həsən Nəsrullah ötən həftə verdiyi açıqlamada İsrailə xəbərdarlıq etmiş və "Kim bizimlə döyüşməyi düşünsə, bir sözlə peşman olar" demişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31