Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
4 Yanvar 2024 17:10 SosialHava şəraiti ilə əlaqədar yanvarın 5-də bəzi avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, yanvarın 5-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31