“Səkkiz kənd məsələsini belə həll edə bilərik” - Sanosyan

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Kəndlər məsələsi sərhədin delimitasiya və demarkasiyası prosesi çərçivəsində həll edilə bilər.

Olaylar.az teleqraf.com-a istinadən bildirir ki,  bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan 8 kəndin Azərbaycana qaytarılması məsələsi ilə bağlı danışarkən deyib.

"Bu haqda dəfələrlə danışmışıq: bu, ya paralel, ya da sonrakı prosesdir. Azərbaycanın müəyyən etdiyi ərazilər var, bizim müəyyən etdiyimiz ərazilər var. Prosesi elə təşkil etmək olar ki, bu ərazilər müəyyən olunsun, bunun hüquqi əsasları götürülsün, sonra iki proses baş verə bilər: ya mübadilə, ya da digəri fiziki olaraq oranı tərk edərək müəyyən ərazi tənzimləmələri olsun. Suala demarkasiya və delimitasiya işçi qrupu çərçivəsində cavab verilə bilər", - ölkə rəsmisi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31