Səudiyyə Ərəbistanı neftdən sonra yeni mədən tapdı - ÖZƏL
29 Dekabr 2023 15:29 DünyaOlaylar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Mədən Şirkəti (Maaden), 2022-ci ildə başlayan işlər çərçivəsində Ər-Riyadın qərbindəki qızıl mədəninin 100 kilometr cənubunda böyük qızıl yataqlarının tapıldığını açıqladı. Mənbələrin verdiyi açıqlamada bu kəşflə qızılın həcminin 250 min unsiyadan 7 milyon unsiyaya yüksələcəyi bildirilib.
Mədən tərəfindən edilən yazılı açıqlamada, bunun şirkətin 2022-ci ildə başladığı intensiv qazma proqramı çərçivəsində ilk kəşf olduğu bildirilib. Açıqlamada Mansura-Massara mədəninin cənubunda 100 kilometrlik ərazidə bir çox yerdə qazma işləri aparıldıqdan sonra ümidverici nəticələr əldə edildiyi bildirilib və aşağıdakılar qeyd edilib:
"Regionun beynəlxalq standartlarda mühüm qızıl kəmərə çevrilməsi üçün böyük gözləntilər var. Qazma nəticələri göstərir ki, mədəndə zəngin sərvət var və yeraltı işlənmə yolu ilə mədənin ömrünü uzatmaq olar. "
"Mansura-Massara qızıl ehtiyatlarının həcmi 2023-cü ilin sonuna qədər təqribən 7 milyon unsiyaya çatıb, yeni kəşfdən əvvəl illik istehsal gücü 250 min unsiya olub", - deyə məlumatda bildirilib. Hökumətin əvvəlki açıqlamalarına görə, Səudiyyə Ərəbistan təxminən 1,3 trilyon dollar dəyərində emal olunmamış minerallara malikdir və xarici investorları cəlb etmək yollarını axtarır.