Rusiya qüvvələri Serebryanski meşə təsərrüfatı yaxınlığında üç Ukrayna hücumunu dəf edib - ÖZƏL

"Rusiyanın Döyüş Qrupu Mərkəzinin bölmələri Serebryanski meşə təsərrüfatı ərazisində Ukrayna hücum qruplarının üç hücumunu dəf edib.

Olaylar.az xəbər verir ki, bunu döyüş qrupunun sözçüsü Leonid Şarov bildirib.

"Döyüş Qrupu Mərkəzinin bölmələri xüsusi hərbi əməliyyat çərçivəsində Krasnı Liman ərazisində tapşırığı yerinə yetirməkdə davam edir. Döyüş qrupları Serebryanskidə Ukrayna Milli Qvardiyasının 24 və 62-ci mexanikləşdirilmiş briqadalarının və bölmələrinin hücum qruplarının üç hücumunu dəf edib", - deyə o bildirib.

Şarov əlavə edib ki, artilleriya atəşi düşmənin irəliləyişini dayandırıb və Ukrayna ordusu 20-dən çox əsgər itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31