Ukraynanın Lvov şəhərində partlayışlardan sonra kritik infrastruktur obyekti yanıb - ÖZƏL

Ukraynanın qərbindəki Lvov şəhərində baş verən partlayışlar nəticəsində kritik infrastruktur obyekti yanıb.

Olaylar.az xəbər verir ki, məlumatı mer Andrey Sadovoy bildirib.

"Lvovda mühüm infrastruktur obyekti yanır" - o, deyib.

Merin sözlərinə görə, hadisə yerində təcili yardım qrupları işləyir.

Bundan əvvəl Lvov, eləcə də Xarkov və Çerkassı şəhərlərində partlayışlar qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31