“Tesla Cybertruck” “Toyota Corolla” ilə ilk qəzasını keçirib - FOTO
29 Dekabr 2023 13:50 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
ABŞ-ın Kaliforniya ştatında 17 yaşlı sürücünün idarə etdiyi "Tesla Cybertruck" qarşıdan gələn "Toyota Corolla" ilə toqquşub.
Olaylar.az-ın xəbərinə görə, "Tesla Cybertruck" ilə toqquşan avtomobilin ön hissəsi zədələnsə də, qəzada insan itkisi olmayıb.
"Tesla Cybertruck" isə qəza zamanı, demək olar ki, heç bir cızıq belə almayıb.
Qeyd edək ki, fotoda "Toyota Corolla"nın ön hissəsinə ciddi ziyan dəydiyi görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31