Türkiyədə sinaqoq, kilsələr və İraq səfirliyinə hücuma hazırlaşan İŞİD terrorçuları saxlanılıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə polisinin birgə əməliyyatı nəticəsində ölkədəki sinaqoq və kilsələrə və İraq səfirliyinə hücuma hazırlaşan 32 şübhəli saxlanılıb.

Olaylar.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, saxlanılanların 3-nün İŞİD terror təşkilatının "məsul" şəxsi olduğu qeyd edilib. Onlar ifadələrində İŞİD-ə qoşulma prosesləri, Türkiyədə İŞİD-in adından fəaliyyət göstərən şəxslər barədə məlumat veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31