Rusiya Ermənistanın xarici siyasət vektorunu dəyişməsindən narahatdır - Səfir

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Rusiya Ermənistanın öz xarici siyasət vektorunu dəyişməsindən narahatdır.

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın ictimai televiziyasına müsahibəsində deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-NATO əməkdaşlığının aktivləşməsi barədə açıqlamalarına rəy bildirən səfir Rusiyanın bundan narahat olduğunu deyib.

"Rusiya görür ki, Qərbin məqsədi - istər Cənubi Qafqaz olsun, istərsə də digər regionlarda - Rusiya ilə bütün cəbhələrdə mübarizə aparmaqdır. Eyni zamanda, Rusiya Ermənistanın xarici siyasət vektorunu dəyişdirməkdə ittiham etmir. O başa düşür ki, Ermənistan müstəqil dövlətdir və öz siyasətini müəyyənləşdirmək hüququna malikdir", - o deyib.

Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanın Qərbin sözlərinə inanaraq, Moskva ilə ittifaqı qeyri-müəyyən vədlərə dəyişməyə çalışdığını deyib.

"Əfsuslar olsun ki, rəsmi İrəvan Qərbin vədlərinə inanaraq, öz xarici siyasətini yenidən formalaşdırmağa çalışır. Moskva ilə zamanla sınanmış müttəfiq əlaqəsini hətta Qərbin konkret yardımına deyil, qeyri-müəyyən vədlərə dəyişməyə çalışır", - deyə Lavrov bildirib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31