Ozan Akbaba müxbirin Azərbaycanla bağlı səhvini belə düzəltdi - VİDEO
21 Dekabr 2023 15:46 Dünya"Mən bu cahana sığmazam" serialında azərbaycanlı "Əmiraslan Qardaşov" obrazını canlandıran türk aktyor Ozan Akbaba son açıqlaması ilə diqqət çəkib.
Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, aktyor müxbirlərin "Azəri obrazı ilə serialda rol aldınız" deyə, başlayan sualını yarıda kəsərək onun səhvini düzəldib. Belə ki, Ozan əslində "Azərbaycan türkü" deyilməli olduğunu vurğulayıb.
Bunun ardınca da müxbir səhvini düzəldərək sualını yenidən ona ünvanlayıb.
Qeyd edək ki, Ozan dəfələrlə Azərbaycana gəlib və Qarabağda olub. O, eyni zamanda Qarabağla bağlı çəkilən filmdə rol alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31