Putinin seçki qərargahının həmsədrləri məlum olub
21 Dekabr 2023 14:57 DünyaPutinin seçki qərargahı işə başlayıb.
Olaylar.az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir ki, qərargahın həmsədrlərinin müxtəlif sosial qrupları təmsil etməsi barədə qərar qəbul olunub.
Belə ki, qərargaha "DXR" spikeri Artyom Joqa, aktyor Vladimir Maşkov və həkim Maryana Lısenko sədrlik edəcəklər.
Qeyd edək ki, Vladimir Putinin prezidentlik müddəti 2024-cü il mayın 7-də bitir. Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin olunub.
Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31