Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır
21 Dekabr 2023 13:38 DünyaAvropa İttifaqı (Aİ) Rusiyaya qarşı 13-cü və 14-cü sanksiyalar paketini hazırlamağa başlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin çexiyalı deputatı Tomaş Zdexovski məlumat verib.
O, sanksiyaların tezliklə üzv ölkələrə təqdim olunacağını bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini bu gün təsdiqləyib. Sanksiyalar paketinə həmçinin, Rusiyadan zərgərlik məqsədilə almaz tədarükünün qadağan edilməsi də daxil olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31