Çində zəlzələ: ölənlərin sayı artdı
20 Dekabr 2023 23:23 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 134 nəfərə çatıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, 113 nəfər ölkənin şimal-qərbindəki Qansu əyalətində, 21 nəfər Çinin qərbindəki Çinxay əyalətində ölüb.
Ümumilikdə 968 nəfər yaralanıb, 13 nəfər itkin düşüb.
Qeyd edək ki, Çinin Qansu əyalətində 6,1 bal gücündə zəlzələ baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31