Televiziya əməkdaşları helikopter qəzasında həlak oldu
20 Dekabr 2023 23:07 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Amerikanın "6ABC" televiziya şirkətinin iki əməkdaşı Nyu-Cersidə helikopter qəzasına düşb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə həmin telekanalın "Action News" proqramında məlumat verilib.
Hadisədə hər iki media mənsubu həlak olub.
"Chopper 6 rotor" hava gəmisi dekabrın 19-da Vaşinqton qəsəbəsi yaxınlığında yerə çırpılıb.
Qəzaya nəyin səbəb olduğu hələ müəyyənləşməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31