Türkiyə və Misir liderləri arasında telefon danışığı olub
20 Dekabr 2023 22:51 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında telefon danışığı olub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı İsrail-Fələstin qarşıdurması, Qəzzaya humanitar yardımların çatdırılması və ikitərəfli münasibətlər müzakirə olunub.
Prezident Ərdoğan İslam ölkələrinin birlik içində İsrail-Fələstin cəbhəsində qalıcı atəşkəsin təmin edilməsi üçün başlatdıqları səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Yenidən Misir Prezidenti seçilən Sisiyə uğurlar diləyən Ərdoğan yeni dövrün Türkiyə-Misir münasibətləri üçün faydalı olacağına ümidvar olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31