Parisdə bomba HƏYƏCANI: təxliyə əmri verildi
20 Dekabr 2023 21:37 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Parisdə yerləşən Versal sarayına gələn ziyarətçilər bomba olduğu iddia edilən anonim məlumatdan sonra tarixi məkanın ərazisini tərk etmək məcburiyyətində qalıblar.
Olaylar.az milli.az-a istinadən xəbər verir ki, saray kompleksinin rəhbərliyi bomba xəbərindən sonra iki min ziyarətçinin təxliyə edildiyini təsdiqləyib.
Hazırda təxliyə başa çatıb və polis əməkdaşları hadisə yerindədirlər.
Qeyd edək ki, partlayıcı qurğularla bağlı respublikanın müxtəlif dövlət və hökumət qurumlarına göndərilən telefon zəngləri və məktublardan sonra Versal Sarayına bu payızda ən azı yeddi dəfə təxliyə əmri verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31