Moldova gələn ilin sonuna qədər MDB-dən çıxacaq
20 Dekabr 2023 20:56 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Moldova 2024-cü ilin sonuna qədər Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu sözləri Moldova parlamentinin xarici siyasət və Avropaya inteqrasiya komissiyasının rəhbəri Doina German deyib.
"Biz bu yaxınlarda müdafiə və təhsil sektorlarında üç sazişi ləğv etdik. Demək olar ki, son mərhələdəyik. 2024-cü ilin sonuna qədər prosesi başa çatdırmağı qarşımıza məqsəd qoymuşuq", - deyə o bildirib.
Komissiya rəhbəri qeyd edib ki, MDB-ni tərk etmək Moldova iqtisadiyyatına təsir göstərməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31