Zakir Həsənov misirli həmkarı ilə görüşüb
5 Dekabr 2023 16:14 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir.
Müdafiə Nazirliyindən Olaylar.az-a verilən xəbərə görə, səfər çərçivəsində general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının müdafiə naziri general-polkovnik Mohamed Ahmed Zaki ilə görüşüb.
Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31