Rusiya-Çin illik ticarəti 200 milyard dollara çatır — ÖZƏL
30 Noyabr 2023 14:22 Dünya"Rusiya ilə Çin arasında ticarət praktiki olaraq 200 milyard dollara çatıb".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Çindəki səfiri İqor Morqulov bildirib.
"Bu ilin on ayının yekunlarına görə, ikitərəfli ticarət dövriyyəsi 196,5 milyard dollara çatıb. Hesab edirəm ki, ölkələrimizin liderlərinin qarşıya qoyduğu 200 milyard dollarlıq məqsədə artıq nail olunub" - o, deyib.
Morqulovun sözlərinə görə, ilkin olaraq 200 milyard dollarlıq hədəf 2024-cü ilə qədər müəyyən edilib.
İki ölkə arasında enerji sektorunda irimiqyaslı layihələr üzərində iş davam etdirildiyini deyən nazir, həmçinin yüksək texnologiyalar, innovasiya və investisiya əməkdaşlığının inkişafı istiqamətində səyləri davam etdirdiklərini bildirib.
Qeyd edək ki, dövlətlərarası qeyri-hökumət təşkilatı olan Dostluq, Sülh və İnkişaf üzrə Rusiya-Çin Komitəsi iki ölkə liderləri tərəfindən 1997-ci ildə yaradılıb, noyabrın 30-da Pekində onun 14-cü plenar iclası keçirilir.