Fələstin problemini həll etmədən İsrailin təhlükəsizliyini təmin etmək mümkün deyil - ÖZƏL
30 Noyabr 2023 14:24 Dünya"İsrailin təhlükəsizliyi yalnız Fələstin probleminin davamlı həlli ilə təmin edilə bilər və Rusiya buna nail olmaq üçün səylərini əsirgəmir".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
"Qəzzanın dirçəldilməsi yolları və ümumilikdə Fələstin probleminin gələcək davamlı həlli ilə bağlı çoxlu suallar yaranır, çünki bu problem həll edilmədən İsrailin təhlükəsizliyini təmin etmək mümkün deyil. Rusiya bu istiqamətdə fəal işləyir. İki dövlət həlli əsasında davamlı, sabit nizamlanma şərtlərinin razılaşdırılması üçün təkmilləşdirilmiş kənar dəstək mexanizmi həqiqətən təmsilçi olmalı və beynəlxalq hüquqa əsaslanacaq həll yoluna necə nail olmağı hamıdan yaxşı başa düşən regional oyunçuları əhatə etməlidir. Biz hazırkı regional eskalasiyanın alovu sönəndən sonra belə işə hazırıq. Amma təəssüf ki, bu, tezliklə olmayacaq" - o, bildirib.