Blinken yenidən İsraildədir

ABŞ dövlət katibi Entoni Blinken yenidən İsrailə səfər edib.

Olaylar.az xəbər verir ki, Blinkenin təyyarəsi Təl-Əvivdə yerə enib. 

Bu, oktyabrın əvvəli İsraillə HƏMAS arasında qarşıdurma başlayandan ABŞ dövlət katibinin ölkəyə 4-cü səfəridir. 

Onun səfər çərçivəsində HƏMAS tərəfindən qaçırılan girovların azad edilməsi ilə bağlı səyləri müzakirə edəcəyi gözlənilir. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31