Gürcüstanda azərbaycanlı ər və arvada silahla hücum edən şəxs saxlanıldı

Gürcüstanın Kaxeti bölgəsində keçmiş arvadına və onun ərinə hücum edən şəxs saxlanılıb.

Olaylar.az bu barədə Gürcüstan KİV-inə istinadən xəbər verir.

Məlumata görə, hadisə Saqareco rayonunun Tüllər kəndində baş verib. Yerli sakinlərin sözlərinə görə, təqsirləndirilən şəxs əvvəlcə keçmiş arvadına çoxsaylı xəsarətlər yetirib, daha sonra isə onun ərinə bir neçə dəfə atəş açıb.

Ər hadisə yerində ölüb, arvadı isə çoxsaylı xəsarətlərlə xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti orta ağır olaraq qiyimətləndirilir.

Hadisə ilə bağlı Gürcüstanın Cinayət Məcəlləsinin "Qəsdən adam öldürmə" və "Adam öldürməyə cəhd" maddələri ilə bağlı cinayət işi açılıb. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31