Ağır yol qəzası 9 nəfərin canını aldı

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Dominikan Respublikasının cənubunda yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində ən azı 9 nəfər həlak olub.

Olaylar.az xəbər verir ki, bu barədə yerli "Hoy" qəzeti məlumat yayıb.

Hadisə San-Kristobal əyalətinin Ayna bələdiyyəsində baş verib. Azı 17 nəfərin yaralandığı qeyd edilir.

Onlara yaxınlıqdakı xəstəxanalarda tibbi yardım göstərilir. Zərərçəkənlər arasında iki azyaşlı da var. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31