30 fələstinli azad edildi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

İsrail hakimiyyəti 30 fələstinli girovu azad edib.

Olaylar.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Bildirilib ki, onların olduğu avtobus Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi qruplarının müşayiəti ilə Ofer həbsxanasından çıxıb.

Xatırladaq ki, noyabrın 24-dən İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilib. İsrailli və fələstinli girovların azad edilməsi və humanitar yardımın çatdırılması üçün nəzərdə tutulan atəşkəsin bir neçə gün də uzadılacağı gözlənilir. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31