Qazaxıstanda hosteldə yanğın olub, ölənlər var

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Qazaxıstanın Almatı şəhərində hostelə çevrilən yerdə yanğın baş verib.

Olaylar.az-ın məlumatına görə, bu barədə şəhərin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti bildirib.

Yanğın nəticəsində 13 nəfərin öldüyü bildirilib.

Məlumata əsasən, yanğının sahəsi təxminən 30 kvadratmetr olub və yanğın yerli vaxtla saat 06:22-də söndürülüb.

İlkin məlumata görə, 13 nəfər dəm qazından zəhərlənərək ölüb. Almatı ictimai səhiyyə departamentinin mətbuat xidməti qeyd edib ki, xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31