Nazirlərə "Whatsapp" və "Telegram" qadağan edildi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Fransa hökumətinin üzvləri bundan sonra Vatsap, Teleqram və Signal mesencer xidmətlərindən istifadə edə bilməyəcəklər.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Fransa Baş naziri Yelizabet Born müvafiq qərar imzalayıb.

Bildirilib ki, nazirlər dekabrın 8-dək Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyi (ANSSI) tərəfindən təsdiq edilməyən bütün mesajlaşma proqramlarını cihazlarından silməyə məcburdur.

Nazirlər Kabinetinin üzvlərinə yerli və təhlükəsiz messencer xidməti hesab edilən Olviddən istifadə etmək tövsiyə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31