ABŞ-nin konvertorplanı Yaponiyada qəzaya uğrayıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

ABŞ Silahlı Qüvvələrinin "Osprey" konvertorplanı Yaponiyanın Yakusima adaları yaxınlığında qəzaya uğrayıb.

Olaylar.az xəbər verir ki, bu barədə Yaponiya telekanalı məlumat yayıb.

Konvertorplanın dənizə düşdüyü qeyd olunub. İlkin məlumatlara görə, göyərtədə səkkiz nəfər olub.

Qəza bölgəsinə patrul katerləri və təyyarələr göndərilib. Yaponiyanın Müdafiə Nazirliyinin insidentlə əlaqədar olaraq ABŞ tərəfi ilə təmasda olduğu deyilir.

Başqa təfərrüat açıqlanmayıb. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31