HƏMAS Putinə minnətdarlıq əlaməti olaraq bir neçə rusu əsirlikdən azad edəcək - ÖZƏL
29 Noyabr 2023 16:34 DünyaHəmas döyüşüləri bu gün, İsraillə atəşkəs razılaşmasından kənarda, prezident Vladimir Putinin mövqeyinə görə "təşəkkür əlaməti" olaraq bir neçə Rusiya vətəndaşını azad edəcək. Olayların verdiyi xəbərə görə, bu barədə hərəkatın Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk məlumat verib.
"Rusiya prezidenti Putinin mövqeyi ilə bağlı hərəkata minnətdarlıq əlaməti olaraq azad etdiyimiz rusiyalı Ron Krivoy istisna olmaqla, Qəzzada olan israillilərin heç birini azad etməmişik. Bu gün daha bir neçə rusiyalı atəşkəs razılaşması çərçivəsindən kənarda azad olunacaq", - Həmas nümayəndəsi X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31