Peskov: Avropa Rusiyasız rəqabət qabiliyyətini itirəcək - ÖZƏL

Olaylar.az  bildirir ki  Dmitri Peskov Çexiyanın Avropa İttifaqının polad tədarükü ilə bağlı anti-Rusiya sanksiyalarından onun üçün istisna edilməsi xahişini şərh edərkən bildirib ki, Avropa Rusiyasız rəqabət qabiliyyətini itirəcək.

"Hipotetik desək, Avropa Rusiyasız da var ola bilər, lakin sonra Avropa rəqabət qabiliyyətini itirəcək, çünki bu zaman o, eyni malları, istər enerji resursları olsun, istərsə də başqa şeylər, həddindən artıq baha qiymətə almalı olacaq ki, bu da Avropa sənayesinin iflası deməkdir. Buna görə də, bəli, bizim məhsullarımız hələ də populyardır və alınır, o cümlədən elə Avropa ölkələrində də", - deyə cənab Peskov mətbuata bildirib.

Kremlin sözçüsü hesab edir ki, avropalı siyasətçilər sanksiyaların səmərəsizliyini görür və bu sanksiyaların "bumeranq effekti"ni də çox yaxşı bilirlər. Eyni zamanda, qoyulan məhdudiyyətlərə baxmayaraq, Rusiyanın makrostabilliyinin təmin edildiyi, iqtisadiyyatın artım trayektoriyasına daxil olduğu artıq aşkar faktdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31