İstanbulda güclü fırtına: Qayıq batdı, gəmi quruya sürükləndi
29 Noyabr 2023 13:08 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İstanbul ötən gecə üçün proqnozlaşdırılan güclü fırtınanın təsiri altında qalıb.
Olaylar.az xəbər verir ki, Gürpınar sahili və Sarayburnunda dalğalar səbəbi ilə sahil xəttini su basıb.
Həmçinin Ortaköydə dəniz suyu daşıb və dalğaların gətirdiyi tullantılar səkidə yığılıb qalıb.
Bəzi vətəndaşlar isə əlverişsiz hava şəraitinə məhəl qoymadan dalğalarla şəkil çəkdirməyə çalışıblar.
Eyni zamanda Kartal Dragos sahilində fırtınanın yaratdığı nəhəng dalğalar nəticəsində bir qayıq batıb.
Silivri və Üsküdar sahillərində də böyük dalğalar əmələ gəlib və avtomobil yoluna daşıb.
Zeytinburnu sahilində isə "Kadriye ana" adlı kimyəvi məhsullar tankeri fırtına səbəbindən quruya sürüklənib və saya oturub. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31