ABŞ Yaxın Şərq münaqişəsində dağıdıcı rol oynadı - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"ABŞ-ın Yaxın Şərqdəki siyasəti İsrail-Fələstin münaqişəsinin son gərginləşməsində dağıdıcı rol oynayıb".

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Çumakov bildirib.

"İsrailin işğal olunmuş ərazilərdə davam edən qəsəbə tikintisinə göz yuman və işğal altındakı Colan təpələri üzərində İsrailin suverenliyini tanıyan ABŞ-ın siyasəti hazırkı gərginləşmədə dağıdıcı rol oynayıb. Nəticədə biz indi bütün Yaxın Şərq regionuna yayıla biləcək misli görünməmiş miqyaslı münaqişənin şahidi oluruq", - deyə o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31