İl sonuna qədər İsveçin NATO-ya üzvlüyü təsdiqlənə bilər - Hakan Fidan
29 Noyabr 2023 12:24 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bu ilin sonuna qədər Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləyə bilər.
Olaylar.az-ın məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, NATO-nun baş katibi Yens Stoltenberqlə danışığı zamanı deyib.
"Problemin həlli üçün çox çalışırıq və İsveçin NATO-ya üzvlüyü haqqındakı sənəd, il sonuna qədər ratifikasiya edilə bilər",- deyə Hakan Fidan bildirib.
Qeyd edək ki, 16 noyabr tarixində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılan İsveçin NATO-ya üzvlük ilə bağlı danışıqların təxirə salınması qərara alınıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31