Kreml Zelenskinin ətrafını aradan götürməyi hədəfləyib- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Rusiya Ukrayna hakimiyyət üzvülərini aradan götürmək üçün hibrid əməliyyata bu ilin yayından başlayıb. Prezident V. Zelenskiyə bir-neçə dəfə sui-qəsd həyata keçirilsə də baş tutmayıb". "Olaylar" xəbər verir ki, b unu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bir neçə gün bundan əvvəl, Ukrayna qoşunlarının komandanı Zalujnin köməkçisinin evində ölü tapılması, kəşfiyyat rəisi Budaqovun və yoldaşınin zəhərlənməsi ilə bağlı açıqlamalar onu deməyə əsas verir ki, Kreml Zelenskinin ətrafını aradan götürməyi hədəfləyib: 
"V. Zelenski komandasında ciddi böhran var. Bir çoxlarının və ailə üzvlərinin zəhərlənməsi baş verib. Görünür, Kiyevdə hərbi qüvvələri ilə hakimiyyəti dəyişə bilməyən V. Putin digər taktiki ilə V. Zelenskinin komandasinı aradan götürməyə çalışır. Rusiyanın iki hədəfi var. Prezident V. Zelenski və General Zalujin. Ukrayna hakimiyyəti öz təhlükəsizliyini təmin etməsə, bir- bir Rusiya tərəfindən sıradan çıxarılması mümkündür. Təbii ki, Rusiyanın bu siyasəti qonşu ölkələrin siyasətçiləri üçündə təhlükə vəd edir. Azərbaycanda bura aiddir. Rusiya qonşularini bütün üsullarla təhdid edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31