Cəlal Arutyunyanın cinayət işi məhkəməyə göndərildi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Qarabağdakı qondarma rejimin sabiq "müdafiə naziri" general-leytenant Cəlal Arutyunyana qarşı cinayət işi məhkəməyə göndərilib.

Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, iş Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Qarik Abelyanın icraatına verilib.

Cəlal Arutyunyan xidməti səhlənkarlıq maddəsi ilə ittiham olunur.

İttihama görə, 12 oktyabr 2020-ci il tarixində elan olunmuş hərbi vəziyyət zamanı "Müdafiə Ordusunun komandanı", general-leytenant rütbəsi ilə dövlət qulluqçusu olan Cəlal Arutyunyan xidmətə səhlənkar münasibət göstərib və bu səhlənkarlıq ağır nəticələrə səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31