Finlandiya Rusiya ilə sərhədi BAĞLADI

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Sığınacaq axtaranlar üçün Rusiya ilə sərhəddəki bütün keçid məntəqələri noyabrın 28-dən dekabrın 13-dək bağlanması barədə qərar qəbul edilib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Finlandiya hökumətinin başçısı Petteri Orpo deyib.

O əlavə edib ki, sığınacaq üçün müraciətlər indi yalnız hava limanlarında və dəniz limanlarında qəbul ediləcək.

Qeyd edək ki, baş nazir bundan öncəki açıqlamasında Rusiya ilə bütün sərhəd-buraxılış məntəqələrinin bağlanacağını bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31