Hakan Fidan NATO-nun baş katibi ilə görüşüb
28 Noyabr 2023 16:55 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
Olaylar.az-ın məlumatına görə, bu gün Hakan Fidan NATO Xarici İşlər nazirləri toplantısı çərçivəsində Brüsselə səfər edib.
Görüş çərçivəsində "Ukraynada müharibənin və Qəzzada humanitar faciənin davam etdiyi bir vaxtda" Avro-Atlantik regionda təhlükəsizlik vəziyyəti qiymətləndiriləcək, həmçinin, Balkanlardakı hadisələr müzakirə ediləcək və xarici işlər nazirləri səviyyəsində NATO-Ukrayna Şurasının ilk iclası təşkil ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31