Neft deyil, içməli suya çıxış gələcək qlobal müharibələri alovlandıracaq - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Gələcək dünya müharibələri neft ehtiyatları əvəzinə içməli su uğrunda rəqabətdən qaynaqlana bilər".

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Kurçatov İnstitutu Milli Araşdırmalar Mərkəzinin prezidenti Mixail Kovalçuk bildirib.

O qeyd edib ki, real resurslara malik olan ölkələr üstünlük əldə edəcəklər:

"Qlobal miqyasda içməli su qıtlığı səbəbindən müharibələr başlayacaq. Bu, neft ehtiyatlarının tükənməsindən xeyli əvvəl baş verəcək".
Kurçatov İnstitutunun rəhbəri vurğulayıb ki, Rusiya bütün lazımi resurslara malikdir və ölkənin məqsədlərindən biri öz sərvətlərini qorumaq üçün tamamilə güclü olmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31