Qırğızıstanın dövlət bayrağı dəyişdirilə bilər

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Qırğızıstan parlamentinin Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və parlamentin reqlamenti üzrə komitəsi dövlət bayrağının dəyişdirilməsi haqqında qanun layihəsini təsdiqləyib.

Olaylar.az Qırğızıstan parlamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq qanun layihəsinin təşəbbüskarları olaraq parlamentin deputatları Nurlanbek Şakiyev və Ulan Primov çıxış edib.

Primov qanun layihəsinin Qırğızıstan Respublikasının əsas dövlət simvollarından biri olan bayrağın təkmilləşdirilməsinə yönəldiyini qeyd edib. Belə ki, ölkənin bayrağındakı dalğavari şüalar günəş şüalarını xatırladan düz şüalarla əvəz olunacaq.

Qırğızıstan bayrağında günəş şüalarının yeni eskizini hazırlamaq üçün başlanğıc mərhələdə bayrağın tərtibatçıları cəlb olunub. Müəlliflərdən biri olan Jusup Matayev ilkin versiyaya dəyişikliklərin olunduğunu qeyd edib. Belə ki, ilkin olaraq aydın şəkildə günəş şüalarını xatırladan forma təklif olunub. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31