Boliviyanın yeni baş diplomatı BRİKS-ə üzvlük istiqamətində səylər göstərəcəyini vəd edir - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Olaylar.az  xəbər  verir ki  Boliviyanın yeni xarici işlər naziri, bazar ertəsi ölkə prezidenti Luis Arce tərəfindən təyin edilən Celinda Sosa, ilk çıxışında BRİKS-ə qoşulmağa çalışacağını vəd edib.
"Xarici İşlər Nazirliyi olaraq biz Boliviyanın BRİKS-ə tamhüquqlu üzv kimi qoşulması istiqamətində işi davam etdirəcəyik, həmçinin Qlobal Cənub ölkələri arasında dollardan asılılığı azaldacaq yeni maliyyə inteqrasiyası mexanizmlərini işə salacağıq" - Sosa, deyib. 
Sosanın təyinatından əvvəl Xarici İşlər Nazirliyinə müvəqqəti olaraq prezidentlik naziri Mariya Nela Prada rəhbərlik edirdi. Əvvəlki xarici işlər naziri Rogelio Mayta And İcmasının Ədalət Məhkəməsinin üzvü olmaq üçün noyabrın 15-də istefa verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31