İran prezidentinin Türkiyəyə səfəri ləğv olunub

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

İran prezidenti İbrahim Rəisinin Türkiyəyə bugünki səfəri ləğv olunub.

Olaylar.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Adminstrasiyası məlumat verib.

"Səfər bu ayın əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən elan edilmişdi və o, iki liderin İsrail-Fələstin münaqişəsi ilə bağlı müzakirələr aparacağını bildirmişdi",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 13 noyabr tarixində jurnalistlərə verdiyi açıqlamada, İran prezidenti İbrahim Rəisinin 28 noyabr tarixində Türkiyəyə rəsmi səfər edəcəyini bildirmişdi. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31