ABŞ Rusiya ilə nüvə məsələlərini müzakirə etməkdə maraqlıdır – ÖZƏL
28 Noyabr 2023 13:04 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"ABŞ administrasiyası Rusiya ilə nüvə məsələlərini müzakirə etməkdə maraqlıdır və Moskvanın Vaşinqtonun mövqeyini bildiyini güman edir".
Olaylar.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins bildirib.
O, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun Moskva ilə Vaşinqton arasında strateji sabitliyə dair dialoqun yaxın gələcəkdə çətin ki, əvvəlki formada bərpa olunacağı ilə bağlı bəyanatını şərh edib.
"Ağ Evin milli təhlükəsizlik müşaviri Jake Sullivan-ın dediyi kimi, biz nüvə məsələləri ilə bağlı danışmaqda maraqlıyıq", - diplomat qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31