Almaniya Kiyev üçün qeyri-hərbi büdcə maddələrində vəsait tapmağa məcbur oldu - ÖZƏL
28 Noyabr 2023 12:17 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Almaniya hökuməti büdcə çətinliklərinə baxmayaraq, Kiyevi dəstəkləməyə davam edəcək, lakin bunun üçün vəsaiti, xüsusən də qeyri-hərbi büdcə maddələrindən götürməli olacaq".
Olaylar.az xəbər verir ki, bunu alman deputat bildirib."Hakim koalisiya, sadəcə olaraq, büdcənin digər istiqamətlərindən vəsait götürəcək. Çox güman ki, pul sosial sahədən və ya səhiyyədən kəsiləcək, çünki koalisiya öz vəzifəsini Ukraynanın itirməsinə imkan verməməkdə görür. Çətin ki, hökumət qeyri-qanuni mühacirlərin deportasiyası və milyardlara qənaət ideyası ilə çıxış etsin" - deyə, Bundestaqın üzvü Steffen Kotre, bildirib.
Onun fikrincə, istənilən halda alman vergi ödəyicisi sonda xərcləri öz üzərinə götürməli olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31