Avropada terror təhlükəsi realdır - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Avropada terror təhlükəsi realdır".

Olaylar.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Biz NATO ölkələrinə qarşı dərhal hərbi hücum təhlükəsini görmürük. Amma daimi təhlükə var - terror hücumları təhlükəsi. Avropada terror təhlükəsi realdır. Biz Yaxın Şərqdəki tərəfdaşlarımızla işləyirik və Şimali Afrika, İordaniya, Tunis, onlara öz sərhədlərini daha yaxşı idarə etməyə və məlumat paylaşmağa kömək edir" - deyə, o, bildirib.
Yaxın Şərqdəki vəziyyəti şərh edən NATO rəhbəri qeyd edib ki, Qəzza zolağında döyüşlərin səngiməsi girovların azad edilməsinə və əhaliyə yardımın çatdırılmasına imkan verib:

"Mən fasilənin uzadılmasına çağırıram, çünki bu, Qəzza xalqına bir az istirahət verəcək və girovların azad edilməsinin davam etdirilməsinə imkan verəcək", - Stoltenberq bildirib.

O, NATO-nun İsrail-Fələstin münaqişəsində heç vaxt aktiv rol oynamadığını, lakin regionda fəallığını davam etdirdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31