HƏMAS İsrail hərbçilərinin azad edilməsi şərtlərini müzakirə etməyə hazırdır — ÖZƏL
28 Noyabr 2023 11:40 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Fələstinin radikal HƏMAS hərəkatı döyüş əməliyyatları zamanı əsir götürülmüş israilli hərbçilərin azad edilməsi şərtlərini müzakirə etməyə hazır olduğunu bəyan edib.
Olaylar.az xəbər verir ki, bu məsələ müvəqqəti atəşkəslə bağlı danışıqlara daxil edilməyib və hərbçilərin azad edilməsi şərtləri mülki şəxslər üçün nəzərdə tutulandan fərqli olacaq. Bu, Həmas-ın mühüm addımı olardı, çünki beynəlxalq ictimaiyyət İsrail hərbçilərindən daha çox mülki girovların azad edilməsinə diqqət yetirir.
Qeyd edək ki, oktyabrın 7-də Həmas yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə qəfil hücum təşkil etməsi, İsrailin sərhəd qəsəbələrinin sakinlərini öldürməsi və qadın, uşaq və qoca da daxil olmaqla 200-dən çox insanı girov götürməsi Yaxın Şərqdə yenidən gərginlik yaradıb. HƏMAS hücumunu İsrail hakimiyyətinin Qüdsün Köhnə Şəhərində Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı aqressiv hərəkətlərinə cavab kimi qiymətləndirib. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edib və Qəzzaya, eləcə də Livan və Suriyanın bəzi hissələrinə hava zərbələri endirir. İordan çayının qərb sahilində də qarşıdurmalar davam edir.