Axşam ad gününü qeyd etdi, səhər evdən meyiti tapıldı

Ədirnədə ad gününü qeyd edən qadın bu gün səhər saatlarında evində ölü tapılıb.

Olaylar.az xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Dünən axşam dostları ilə ad gününü qeyd edən Gülçin Altan bu gün səhər saatlarında zənglərə cavab verməyib və dostları vəziyyəti qonşularına bildirib.

Tək yaşayan Altan qapını açmadıqdan sonra qonşuları ehtiyat açarla evə daxil olublar. Altan içəridə hərəkətsiz, stulda oturmuş vəziyyətdə tapılıb.Dostları vəziyyəti bildirdikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.

Qadının meyiti müayinə olunmaq üçün Ədirnə Ədli Tibb Qurumuna göndərilib.

Hadisə ilə bağlı istintaq davam edir. (milli.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31