Bolqarıstan Lavrov üçün hava məkanını açdı - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Bolqarıstan hökuməti Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv dövlətlərin xarici işlər orqanları rəhbərlərinin Şimali Makedoniyada keçiriləcək iclasında iştirak etməsi üçün ölkənin hava məkanını açıb.

Olaylar.az xəbər verir ki, bu barədə Moskvanın Sofiyadakı səfiri Eleonora Mitrofanova məlumat verib.

Onun sözlərinə görə, bundan əvvəl Rusiya rəhbərliyi Bolqarıstana nazirin təyyarəsinin respublika ərazisi üzərində uçuşu ilə bağlı rəsmi nota göndərib. Eyni zamanda, Sofiya Moskvanın müraciətinə müsbət cavab verib.

"Bolqarıstan Xarici İşlər Nazirliyi rəsmi olaraq nazirimizin ölkənin hava məkanında uçmasına icazə verildiyini bizə bildirdi", - diplomatik nümayəndəliyin rəhbəri bildirib.

Noyabrın 30-dan dekabrın 1-dək ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Başçıları Şurasının iclasının keçirilməsi planlaşdırılır. Görüş Şimali Makedoniyanın paytaxtı Skopyedə baş tutacaq.

Noyabrın 27-də Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin nümayəndəsi Piter Stano bildirib ki, regional ictimaiyyətin Sergey Lavrovun ATƏT-in iclası üçün Şimali Makedoniyaya gəlməsinə qarşı heç nə yoxdur. Onun sözlərinə görə, rusiyalı nazirin təyyarəsinin Bolqarıstan üzərindən uçuşu Qərbin Rusiya Federasiyasına qarşı sanksiyalarını pozmayacaq.

Bundan əvvəl Bolqarıstan, Monteneqro və Şimali Makedoniya Lavrovun Serbiya səfəri çərçivəsində onun təyyarəsinin onların hava məkanını keçməsini qadağan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31